FARABİ Layihəsi
Maliyyə Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən «Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi» Azərbaycanda mühasibatlıq islahatlarının həyata keçirilməsinə xidmət edir. Bu layihə çərçivəsində 21 may 2012-ci il tarixindən «Büdcə təşkilatları üçün Maliyyə və Mühasibatlıq Hesabatları (FARABI)» layihəsinin həyata keçirilməsi üzrə işlər başlanmışdır.
Məqsəd: Büdcə təşkilatları üçün milli və beynəlxalq standartlara uyğun Müəssisə Resurslarının İdarə edilməsi sisteminin (ERP) tətbiqi.