XƏBƏRLƏR
24 Fevral 2025
Büdcə Məlumat İdarəetmə Sisteminin Naxçıvan Muxtar Respublikası üzrə təqdimatı və təlimi
2025-ci ilin fevral ayının 20-21 də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində “Büdcə Məlumat İdarəetmə Sistemi”nin tətbiqinə dair təlimlər keçirildi. Təlim muxtar respublikada fəaliyyət göstərən büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işçilərinin sistemi öyrənməsi məqsədilə təşkil olunub.
Ətraflı30 Sentyabr 2024
Büdcə Məlumat İdarəetmə Sistemi proqram təminatının ilkin təqdimatı
B25-09 - 26.09.2024-cü il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Naxçıvan Muxtar Respublikasının büdcəsinin tərtibində istifadə ediləcək avtomatlaşdırılmış Büdcə Məlumat İdarəetmə Sistemi proqram təminatının ( BMİS PT) ilkin təqdimatı üçün Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin mərkəzi aparatı və yerli maliyyə orqanlarının əməkdaşları ilə görüş keçirilmişdir.
Ətraflı14 İyun 2019
SERP sistemi artıq Azərbaycan Universitetlərində tədris olunmağa başlanılmışdır.
Bakı Mühədislik Universitetində “FARABİ” layihəsi çərçivəsində tətbiq edilmiş “SİNAM Müəssisə Resurslarının İdarə Edilməsi Sistemi - SERP” proqram təminatı 05.11.2018-ci il tarixindən tədris olunmağa başlanılmışdır.
Ətraflı12 İyun 2019
III Milli Mühasiblər Forumu
Tədbiri keçirməkdə məqsəd Azərbaycanda Mühasibat uçotunun inkişafı, Mühasibat uçotu və Vergi qanunvericiliyi sahəsində baş verən dəyişikliklər ətrafında müzakirələrin təşkili, bu sferada islahatların dərinləşməsinə yönəlmiş təkliflərin toplanması və beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılmasıdır.
Forumda SİNAM MMC şirkətinin direktoru Əbülfət Rəhmanov "Büdcə təşkilatlarında ERP sistemlərinin tətbiqinin üstünlükləri" mövzusu ilə moderator kimi iştirak etmişdir.
28 Aprel - 29 Aprel 2018
II Milli Mühasiblər Forumu
Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Auditorlar Palatasının, Azərbaycanın Sahibkarlar Konfederasiyasının və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən II Milli Mühasiblər Forumu keçirilmişdir. Forum çərçivəsində keçirilən “Milli mühasibat proqramı” yarışında SİNAM şirkətinin hazırladığı SERP proqram təminatı I yer nominasiyasına layiq görülmüşdür.
Ətraflı02 Mart 2018
AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında seminar-məşğələ
Ətraflı08 Aprel 2017
I Milli Mühasiblər Forumu
Forumun son bölümündə “Mühasibatlıqda İKT: Milli və beynəlxalq proqramların qarşılıqlı əlaqəsi” mövzusu müzakirə edilib. “Müəssisə resurslarının idarə edilməsində və milli mühasibatlıq sisteminin qurulmasında innovativ yanaşma” və “Azərbaycanda mühasibatlığın təşkilində İKT-nin rolu və qarşıda duran problemlər” forum iştirakçılarının diqqətinə çatdırılıb. Maliyyə uçotunda informasiya həllərinin və bulud texnologiyalarının tətbiqinə toxunulub. SINAM şirkətinin yaratdığı SERP sistemi üzərində iştirakçılara bu texnologiyanın üstünlükləri çatdırılıb. Bugünkü gün SERP sistemi 100-dən artıq dövlət təşkilatında və ali təhsil müəssisəsində, həmçinin iri miqyaslı təşkilatlarda, o cümlədən banklarda, neft şirkətlərində və digər təşkilatlarda uğurla tətbiq olunur.
Ətraflı06 Noyabr 2017 – 11 Noyabr 2017
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 10 Regional Mərkəzlərinin baş mühasibləri üçün təlimlər
Ətraflı26 İyul 2016
AMEA Memarlıq və İncəsənət İnstitutunda təlimlər
Ətraflı25 İyul 2016
AMEA Dilçilik İnstitutunda keçirilən treninqlər
Ətraflı
20 May 2016
Gənclər və İdman Nazirliyində görüş
